Son dəqiqə

Qazaxıstan Rusiya Vladimir Putin Kasım-Jomart Tokayev Astana

Rusiya prezidenti Astanaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 9 noyabr tarixində Astanaya rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində iki ölkə liderləri arasında danışıqların aparılması planlaşdırılır.

Məlumata əsasən, danışıqlar zamanı Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının cari məsələləri müzakirə olunacaq.

Bundan əlavə, prezidentlər videokonfrans vasitəsilə Qazaxıstan və Rusiya arasında Kostanayda keçiriləcək XIX Regionlararası Əməkdaşlıq Forumunun tədbirində iştirak edəcəklər.

Ləman Əsədli

X: Lamanasadli01

Mövzuya görə xəbərlər