Son dəqiqə

Türkiyə Qazaxıstan Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Astana

Türkiyə Qazaxıstanın yaxın və etibarlı strateji tərəfdaşıdır - Tokayev

Bakı. TurkicWorld:

Türkiyə Qazaxıstanın yaxın və etibarlı strateji tərəfdaşıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında çıxışında deyib.

"Müntəzəm təmaslar sayəsində bir çox sazişlərimiz uğurla həyata keçirilir. Ötən il ikitərəfli ticarət dövriyyəsi 54 faiz artaraq 6,3 milyard dollara çatıb. Biz bu rəqəmi 10 milyard dollara çatdırmağı hədəfləyirik. Türkiyə ölkəmizin dörd əsas ticarət tərəfdaşından biridir. İnvestisiya əməkdaşlığı da dinamik inkişaf edir. Ölkəmizdə türk kapitallı 4 min 300-dən çox şirkət fəaliyyət göstərir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.

Ləman Əsədli

X: Lamanasadli01

Mövzuya görə xəbərlər