Qazaxıstanda böyük külək stansiyaları tikiləcək

Qazaxıstanda böyük külək stansiyaları tikiləcək

Bakı. TurkicWorld:

Qazaxıstanda böyük külək stansiyaları tikiləcək.

TurkicWorld xəbər verir ki, Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev Fransanın “Electricite de France” şirkəti ilə Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar zamanı bildirib.

Məlumata əsasən, o, Fransa prezidentinin Qazaxıstana rəsmi səfəri çərçivəsində tərəflər arasında geniş spektrli məsələlərin müzakirəsinin gözlənildiyini bildirib.

"Məsələlərin birinci klasteri enerji saxlama sistemi ilə birlikdə 1 GVt gücündə külək stansiyalarının tikintisinə yönəlib. Bundan əvvəl qlobal istiləşmənin təsirinə qarşı mübarizə üzrə hökumətlərarası saziş imzalanıb.", - deyə o əlavə edib.

Satkaliyev Fransa şirkəti tərəfindən Qazaxıstanda AES-in tikilməsi ehtimalını da istisna etməyib.

Bundan əlavə, Fransa nümayəndə heyətinin səfəri çərçivəsində Qazaxıstan və “Electricite de France” şirkəti arasında əməkdaşlıq müzakirə olunacaq. Şirkət Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsi üçün potensial təchizatçılar siyahısına daxil edilib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu gün Qazaxıstan Respublikasına rəsmi səfər edib.

Ləman Əsədli

Twitter: Lamanasadli01