Son dəqiqə

Qazaxıstan

Qazaxıstanda 29 oktyabr ümummilli matəm günü elan olunub

Bakı. TurkicWorld:

Qazaxıstanda Karaqanda vilayətindəki şaxtada baş verən partlayışla əlaqədar olaraq 29 oktyabr ümummlli matəm günü elan olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətində "ArselorMittalTemirtau" Səhmdar Cəmiyyətinə məxsus şaxtada partlayış olub.

Rəsmi məlumatlara görə, ölən şaxtaçıların sayı 25 nəfərə çatıb, 23 nəfər hələ şaxtadadır.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hadisə yerinə gələrək şaxtaçıların yaxınlarına və doğmalarına başsağlığı verib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, "ArselorMittalTemirtau" şirkəti Hindistan mənşəli Böyük Britaniya vətəndaşı Lakşmi Mittal adlı şəxsə məxsusdur.

Mövzuya görə xəbərlər