Qazaxıstanda COVID-19-un Eris variantı qeydə alınıb

Qazaxıstanda COVID-19-un Eris variantı qeydə alınıb

Bakı. TurkicWorld:

Qazaxıstanda COVID-19 virusunun Eris variantı qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın səhiyyə naziri Azhar Giniyat açıqlama verib.

Nazir daha sonra bildirib ki, ölkədə koronavirusa yoluxmuş 35 nəfər xəstəxanalarda müalicə alır və onlar bir çox əsas sağlamlıq problemi olan yaşlı insanlardır.

Qeyd edək ki, Eris variantı COVID-19-un Omicron variantının alt növü kimi müəyyən edilib. İlk dəfə 2023-cü ilin fevralında Cənubi Afrikada aşkarlanan Eris virusunun sürətlə dünyanın digər bölgələrinə yayıldığı məlum olub. ÜST-ün son məlumatlarına əsasən, Eris variantı COVID-19-un digər variantlarına oxşar simptomlara səbəb ola bilər. Eris variantının digər variantlardan daha yoluxucu olub-olmadığı və ya COVID-19-un məlum ağır simptomlarından daha ağır simptomlara səbəb olub-olmadığı hələ aydın deyil. Bununla belə, bəzi araşdırmalar Eris variantının əvvəlki variantlardan daha yoluxucu ola biləcəyini də göstərir.

Əsas simptomlar bunlardır:

1.Hərarət
2.Öskürək
3.Boğaz ağrısı
4.Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik
5.Əzələ ağrıları və ya əzələ zəifliyi
6.Baş ağrısı
7.Yorğunluq
8.Burun axması və ya tutulması
9.Dad və ya qoxu hiss etməmə
10.İshal

Ləman Əsədli

Twitter: lamanasadli01