Bakı. TurkicWorld:
Qazaxıstanın pul vahidi rəqəmsal təngə 2025-ci ildə istifadəyə veriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Ödəniş Korporasiyasının baş direktoru Binur Jalenov açıqlama verib.
"Rəqəmsal təngə ilə bağlı ilkin mərhələ 2023-cü ildə həyata keçiriləcək. Bu layihəyə 2021-ci ildən Qazaxıstan Milli Bankı (NBK) rəhbərlik edir. Keçən il NBK-nın maliyyə bazarının oyunçuları, ekspertlər və beynəlxalq maliyyə institutları kimi əsas tərəflərlə birgə aparılan hərtərəfli təhlil yekunlaşdırıldığı üçün əhəmiyyətli bir mərhələ oldu", - deyə o əlavə edib.
Jalenov onu da bildirib ki, qəqəmsal təngə qazax valyutasının unikal rəqəmsal ardıcıllıq (token) və ya xüsusi elektron pul kisələrində saxlanılan elektron qeydlər kimi buraxılacaq formasıdır və NBK tərəfindən tənzimlənəcək.
Ləman Əsədli
Twitter: Lamanasadli01







