Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev

Qazaxıstan prezidenti Almaniyaya səfər edəcək

Bakı. TurkicWorld:

Sentyabrın 28-29-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Almaniyaya rəsmi səfəri baş tutacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev Berlində federal kansler Olaf Şolts və federal prezident Frank-Valter Ştaynmayerlə danışıqlar aparacaq.

Qazaxıstan lideri Mərkəzi Asiya və Almaniya dövlət başçılarının görüşündə də iştirak etməyi planlaşdırır.

Bundan əlavə, səfər proqramına Tokayevin Berlin Qlobal Dialoq beynəlxalq forumunda çıxışı və Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər daxildir

Mövzuya görə xəbərlər