Bakı. TurkicWorld:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qırğızıstanla sərhəddəki vəziyyətin tənzimlənməsi ilə bağlı təlimat verib.
TurkicWorld xəbər verir ki, Tokayev sərhəddən qeyri-qanuni yüklərin daşınmasının qarşısının alınması üçün Qırğızıstan tərəfi ilə daha aktiv rəqəmsallaşma və avtomatlaşdırma prosesləri ilə bağlı danışıqların davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, daha öncə sosial şəbəkələrdə Qazaxıstan-Qırğızıstan sərhədində 370-dən çox yük maşınının boş qalması barədə məlumat yayılmışdı.
Qazaxıstan Respublikasının Baş nazirinin müavini - maliyyə naziri Yerulan Jamaubayev vəziyyəti izah edərək bildirdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat aparılıb, ona görə də sərhəd xidməti və Milli Təhlükəsizlik Komitəsi avtomobilləri hərtərəfli yoxlayıb, yük maşınları ilə bağlı heç bir qayda tətbiq olunmayıb.
Ləman Əsədli
Twitter: lamanasadli01