Əfqanıstan Qazaxıstan və Rusiyanı Trans-Əfqan dəmir yolunun tikintisində iştirak etməyə dəvət edib

Əfqanıstan Qazaxıstan və Rusiyanı Trans-Əfqan dəmir yolunun tikintisində iştirak etməyə dəvət edib

Bakı. TurkicWorld:

Əfqanıstan Rusiya və Qazaxıstanı Trans-Əfqan dəmir yolu xəttinin tikintisində iştirak etməyə dəvət edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Əfqanıstanın ticarət və sənaye nazirinin müavini Nuruddin Əzizi Astanada keçirilən Qazaxıstan-Əfqanıstan biznes forumunda mətbuata açıqlaması zamanı deyib.

“Biz Rusiya və Qazaxıstanı bu layihədə iştirak etməyə dəvət edirik. Düşünürəm ki, söhbət təkcə Əfqanıstana sərmayə qoymaqdan getmir, çünki bu dəmir yolu hamıya fayda verəcək və biz bu ölkələrdən işçi qrupları cəlb edərək bu layihəni onlarla birlikdə nəzərdən keçirməyə hazırıq”,- deyə Nuruddin Əzizi bildirib.

Qeyd edək ki, Trans-Əfqan Dəmir yolu layihəsi Əfqanıstan, Özbəkistan və Pakistanın birgə layihəsidir. Marşrut Tirmizi, Məzari-Şərif, Kabil və Pişəvərdən keçəcək. Layihə ilə bağlı anlaşma memorandumu imzalanıb.

600 km dəmir yolu xəttinin tikintisi təxminən 5 milyard ABŞ dollarına başa gələcək və başa çatdırılması 5 ilə qədər çəkə bilər.