Son dəqiqə

Qazaxıstan Qətər

Qazaxıstan Qətərlə uçuşların sayını iki dəfə artırır

Bakı. TurkicWorld:

Qazaxıstanın Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev və Qətərin Baş Mülki Aviasiya Administrasiyasının rəhbəri Məhəmməd Əl Həcri iki ölkə arasında uçuşların sayının artırılması ilə bağlı anlaşma memorandumu imzalayıb.

TurkicWorld xəbər verir ki, uçuşların sayı iki dəfə artırılaraq həftədə yeddidən 14-ə çatdırılacaq.

Məlumata əsasən, Qətərin "Qatar Airways"in Almatıdan Dohaya gündə iki uçuş həyata keçirəcəyi gözlənilir.

Bundan əlavə, 2024-cü ilin ortalarında Astana-Doha reysinin işə salınacağı güman edilir.

Ləman Əsədli
Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər