Son dəqiqə

Qazaxıstan Astana

Astanada səkkiz ölkənin hərbi orkestrləri çıxış edəcək

Bakı. TurkicWorld:

Qazaxıstanın paytaxtı Astana şəhərinin 25 illik yubileyi şərəfinə Birinci Beynəlxalq Hərbi Musiqi Festivalı keçiriləcək.

TurkicWorld-un məlumatına görə, Azərbaycan, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Türkiyə, Özbəkistan və Yaponiya silahlı qüvvələrinin musiqi ansambllarını dəvət edən Astana şəhər administrasiyası, qeyri-adi festival hazırlayır.

İyulun 6-da Astanaya 500-ə yaxın musiqiçi ələcək. Festivalın repertuarında himn, pop, caz və məşhur klassik musiqilər yer alır. Hər qrupun öz musiqi üslubu var.

Tədbirlər iyulun 6-da başlayacaq. İşim çayının sahilində yerləşən yay amfiteatrının səhnəsində dəvət olunmuş bütün kollektivlərin iştirakı ilə Marş Orkestrinin Marafonu keçiriləcək.

7 İyulda isə Astana şəhərinin müxtəlif məkanlarında tamaşa nümayişi keçiriləcək. Qruplar Mərkəzi Parkda, Bayterek abidəsinin yaxınlığında və Xan Şatır ticarət və əyləncə mərkəzində çıxış edəcəklər.

Festival 8 iyulda başa çatacaq. "Barys Arena" buz sarayında möhtəşəm qala-konsert keçiriləcək. Konsert günorta saat 12:00-da başlayacaq. Giriş pulsuz olacaq.

Mövzuya görə xəbərlər