Son dəqiqə

FETÖ teror

FETÖ terror təşkilatının Azərbaycan üzrə maliyyə dəstəkçisi saxlanılıb

Bakı, TurkicWorld:

FETÖ terror təşkilatının Azərbaycandakı işlərinin maliyyə dəstəkçilərindən olan Mehmet Cintosun saxlanılaraq Türkiyəyə gətirilib.

TurkicWorld xəbər verir ki, o, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) ölkə xaricində keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Cintosun, 1995-2014-cü illərdə FETÖ terror təşkilatının Azərbaycan strukturunda da rəhbər şəxs kimi fəaliyyət göstərib.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb

Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Mövzuya görə xəbərlər