BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Panama sahilləri yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld-un məlumatına görə, bu barədə barədə ABŞ Geoloji Xidməti xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Burika şəhərindən 155 km cənub-şərqdə, ocağı isə 13 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.



