Son dəqiqə

İran Təbriz

Təbrizdə neft emalı zavodunda partlayış olub

BAKI, TurkicWorld

İranın şimal-qərbində yerləşən Təbriz neft emalı zavodunun inşa edilməkdə olan bölmələrindən birində azot çəni partlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ətraf əraziləri sıx tüstü bürüyüb. Hadisənin səbəbləri və mümkün insan tələfatı barədə hələlik ətraflı məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Mövzuya görə xəbərlər