Bakı.TurkicWorld :
Türkiyədə iki minik avtomobili toqquşub.
TurkicWorld bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar Bələdiyyəsinin sədri Tacettin Karamercan ölüb, daha 10 nəfər yaralanıb. Bələdiyyə sədri xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb olunub.