Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan təbii qaz TPAO

Qara dəniz qazı ilk istifadəyə verildikdən təxminən bir il sonra öz investisiya xərclərini ödəyəcək - TPAO

Bakı. TurkicWorld:

Qara dənizdən çıxarılan təbii qaz may ayının əvvəlində sistemə veriləcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri TPAO -nun baş direktoru Bilgin jurnalistlərə açıqlaması zamanı deyib.

“Mayın əvvəlində qaz sistemə tam şəkildə verilməyə başlayacaq və qazın həcmi 2028-ci ildə 60 milyon kubmetrə çatacaq.
Qara dəniz qazı istifadəyə verildikdə birinci mərhələdə ölkənin ehtiyacının 15 faizini ödəyəcək. Qaz ilk istifadəyə verildikdən təxminən bir il sonra öz investisiya xərclərini ödəyəcək”, - deyə direktor bildirib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Mövzuya görə xəbərlər