Son dəqiqə

Türkiyə AFAD zəlzələ Aralıq dənizi

Türkiyədə 4.2 bal gücündə zəlzələ olub

Bakı. TurkicWorld:

Aralıq dənizinin Türkiyə hissəsində 4.2 bal gücündə zəlzələ olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerin 6.61 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər