Son dəqiqə

Türk Hava Yolları

THY-ə dörd yeni mükafat verilib

Bakı,TurkicWorld

İstanbulda keçirilən mərasimdə Türk Hava Yolları (THY) “Ən gəlirli şirkət”, “Türkiyənin ikinci ən böyük şirkəti”, “Ən çox ixrac edən şirkət” və “Nəqliyyat sektoru birincisi” mükafatlarını alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türk Hava Yollarının (THY) Mətbuat Müşavirliyi məlumat yayıb.

Mükafat şirkət adından THY-nin baş direktoru Bilal Ekşiyə təqdim edilib.

“Yerdə, göydə və dünyanın hər yerində çalışan 85 mini keçən THY ailəmizin səyləri ilə bu gün dünyanın qabaqcıl hava yolu şirkətlərindən biri və ölkəmizin ən dəyərli brendiyik. Ona görə də mən Bu qürurverici mükafatları bütün həmkarlarım adından alırıq, THY olaraq biz bilirik ki, xidmət proseslərimizi daha da təkmilləşdirsək və həmkarlarımızın motivasiyasını nə qədər artırsaq, bayrağımızı bütün dünyada dalğalandıracağıq”,- deyə Ekşi vurğulayıb.

Mövzuya görə xəbərlər