Türkiyə-Azərbaycan qaz kəmərinin tikintisinə hazırlıq başa çatıb - Fatih Dönmez

Türkiyə-Azərbaycan qaz kəmərinin tikintisinə hazırlıq başa çatıb - Fatih Dönmez

Türkiyə ilə Azərbaycan arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işləri başa çatıb.

Turkic.World-un məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.

Nazir bildirib ki, hazırda Türkiyə bəzi texniki məlumatlarla əlaqədar Azərbaycan tərəfinin təsdiqini gözləyir:

"Bundan sonra qaz kəmərinin tikintisi başlanacaq. Marşrutun dəqiqləşdirilməsi və layihələndirmə üzrə işlərimiz başa çatıb".

Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək.