STAR zavodu xam neft idxalını azaldıb

STAR zavodu xam neft idxalını azaldıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin mayında 679 646 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 792 108 ton neft idxal etmişdi.

Turkic.World bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR mayda 30 145 ton xam neft ixrac edib. 2020-ci ilin martında bu rəqəm 358 789 ton təşkil etmişdi.

STAR may ayında 440 693 ton dizel yanacağı, 5 578 ton aviakerosin, 14 191 ton mayeləşdirilmiş neft qazı, 89 430 ton nafta, 54 340 ton neft koksu, 77 357 ton yüksək kükürd tərkibli mazut, 22 290 ton ağır vakuum qazoylu, 904 900 ton yüksək kükürd tərkibli dizel yanacağı və 9 874 ton digər məhsul istehsal edib.