Son dəqiqə

SOCAR STAR neft emalı zavodu neft hasilatı EDPK neft məhsulları Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) Türkiyə üzərindən neft ixracı 2025 neft ixrac xəbərləri

STAR neft emalı zavodu iyunda neft koksu istehsalını azaldıb

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında 58 583 ton neft koksu istehsal edib.

Bu barədə TurkicWorld Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodun neft koksu istehsal həcmi 66 685 ton təşkil edirdi. Nəticə etibarı ilə istehsalat həcmi illik ifadədə 8 102 ton və ya 12,1 faiz artıb.

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən 18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya kompleksinin xammala olan tələbatını, demək olar ki, tam ödəyir.

Mövzuya görə xəbərlər