"STAR" neft emalı zavodunda neft tədarükünün həcmi açıqlanıb

"STAR" neft emalı zavodunda neft tədarükünün həcmi açıqlanıb

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə yerləşən "Star" neft emalı zavodunda 2022-ci ilin dekabrında 792 435 ton neft tədarük olunub. 2021-ci ilin analoji dövründə isə bu göstərici 907 761 ton olub (təqribən 12,7 azalma).

TurkicWorld bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsinə (EDPK) istinadən xəbər verir.

EPDK-nin hesabatına əsasən, zavod qeyd olunan dövrdə oktan sayı 95 olan 42 tondan yuxarı qurğuşunsuz benzin, 660 784 ton dizel yanacağı, 22 183 ton aviasiya yanacağı, 14 978 ton aralıq məhsullar, 125 999 ton digər məhsullar, 7 720 ton ağır vakuumlu qazoyl, 13 198 ton maye karbohidrogen qazı, 135 843 ton neft, 70 335 ton neft koksu və 45 853 ton qaz istehsal edib.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.

STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.