Türkiyənin birinci ən hündür su elektrik stansiyası ilk sınağını müvəffəqiyyətlə tamamlayıb

Türkiyənin birinci ən hündür su elektrik stansiyası ilk sınağını müvəffəqiyyətlə tamamlayıb

Bakı. TurkicWorld:

Hündürlüyünə görə Türkiyənin birinci, dünyanın isə beşinci ən hündür su elektrik stansiyası olan Yusufeli stansiyasının su artım səviyyəsinə nəzarət edən sistemlərin sınağını müvəffəqiyyətlə tamamlanıb. TurkicWorld-un məlumatına görə, suyun səviyyəsi 63 metrə çataraq, dib bəndlərinin səviyyəsi ilə bərabər olub.

Bənddə toplanan suyun miqdarı 49 milyon kubmetrə çatıb. Su bu səviyyəyə çatdıqda su saxlama proqramına uyğun olaraq suyun səviyyəsinin qalxmasını idarə edəcək bənd gövdəsində 4 dib bəndi heç bir problem olmadan açılıb-bağlanaraq sınaqdan keçirilib.

Qeyd edək ki, açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də Artvin şəhərinin Çoruh çayı üzərində gərçekləşdirilən Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.