Türkiyədə dizel yanacağı istehsalının həcmi açıqlanıb (ÖZƏL)

Türkiyədə dizel yanacağı istehsalının həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

Bu ilin mart ayında Türkiyədə ümumilikdə 1 544 838 ton dizel markalı benzin istehsal edilib. Bu barədə TurkicWorld-a Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) bildirilib.

Məlumatda qeyd edilib ki, istehsal olunun dizel markali benzinin ümumilikdə 895 344 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib. Qalan 649 494 ton isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu tərəfindən istehsal edilib.

Belə ki , Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 453 381 ton, İzmirdə yerləşən zavodundan 299 348 ton və Kırklareli şəhərində yerləşən zavodundan isə 142 614 ton dizel markalı benzin istehsal edilib.