Türkiyədə Aİ-95 markalı benzin istehsalı həcmi açıqlanıb

Türkiyədə Aİ-95 markalı benzin istehsalı həcmi açıqlanıb

Ankara. TurkicWorld:

Bu ilin mart ayında Türkiyədə ümumilikdə 436 372 ton Aİ-95 markalı benzin istehsal edilib. Bu barədə TurkicWorld-a Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) bildirilib.

Məlumatda qeyd edilib ki, istehsal olunun Ai-95 markali benzinin ümumilikdə 436 372 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib.

Belə ki , Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 211 660 ton, İzmirdə yerləşən zavodundan 157 807 ton və Kırklareli şəhərində yerləşən zavodundan isə 66 905 ton Aİ-95 markalı benzin istehsal edilib.