SOCAR Azəriqaz

"Azəriqaz" qaz şəbəkələrinin təhlükəsizliyinin artırılması üçün pilot layihə həyata keçirir

Bakı. TurkicWorld:

İtaliyanın “Bludigit” şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində istifadə edilən “Picarro” avadanlığı vasitəsilə qaz sızmaları real vaxt rejimində və dəqiq koordinatlarla aşkarlanır.

TurkicWorld bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu texnologiya resursların səmərəli istifadəsi ilə yanaşı, ekoloji dayanıqlılığın təmin olunmasına da dəyərli töhfə verir.

"Azəriqaz İstehsalat Birliyi qaz şəbəkələrinin təhlükəsizliyinin artırılması və istismar proseslərinin daha effektiv təşkili məqsədilə innovativ texnologiyaların tətbiqini davam etdirir", - deyə məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər