Bakı. TurkicWorld :
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz hasilatı və maye təbii qaz (MTQ) sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.
TurkicWorld xəbər verir ki, bu barədə bu gün SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova 29-cu Bakı Enerji Forumunda deyib.
"Neft-qaz hasilatı sektorunda layihələr portfelimizi inkişaf etdirərək genişləndiririk. Bunun bariz nümunəsi bu yaxınlarda BƏƏ-də neft layihəsində 3% iştirak payının satın alınmasıdır. Hasilat sahələrində, eləcə də MTQ üzrə digər layihələr də planlaşdırırıq", - o deyib.
S. Bünyatova xarici investorların Azərbaycanın neft-qaz hasilatı sektoruna marağının artdığını qeyd edib.
"Hasilat sektoruna qoyulan investisiyaların həcmi əvvəlki illərlə müqayisədə artır. Bundan başqa, belə bir anlayış var ki, Aİ-də qaza olan tələbatı qazın hasil olunduğu ölkələrdəki yataqlara aşağı investisiyalarla qarşılamaq mümkün deyil", - deyə o bildirib.
Onun sözlərinə görə, SOCAR hazırda qaza olan tələbatla əlaqədar olaraq, diqqətini müvafiq yataqlarda işlərin sürətləndirilməsinə yönəldib.
"Xüsusən, hazırda "Abşeron" yatağının tammiqyaslı işlənilməsinə üzrə fəaliyyəti sürətləndirməyə çalışırıq və layihə tərəfdaşlarımızla müvafiq müzakirələr aparırıq", - o deyib.
S.Bünyatova həmçinin qeyd edib ki, SOCAR "ADNOC" şirkətinin "Abşeron" layihəsinə daxil olmasını alqışlayır və bu şirkətlə əməkdaşlığın uzunmüddətli olacağına inanır.
O, əlavə edib ki, yaxın vaxtlarda "Azəri-Çıraq-Günəşli" yatağından ilk dərin qazın çıxarılması gözlənilir və "Ümid-Babək"də də iş gedir.
O əlavə edib ki, yaxın vaxtlarda "Azəri-Çıraq-Günəşli" yatağından ilk dərin qazın hasil edilməsi gözlənilir və "Ümid-Babək" üzrə işlər görülür.