Bakı. TurkicWorld :
Macarıstanın "MVM Group" şirkətinin "Şahdəniz" layihəsinə daxil olması Macarıstanın enerji sahəsində daha müstəqil olmasına kömək edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə bu gün "MVM Group"un rəhbəri Karoli Tamas Matray 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.
"Biz Macarıstanda və digər ölkələrdə karbohidrogen axtarışına sərbəst şəkildə investisiya qoyuruq, lakin 90 faizə qədər idxal edirik. Eyni zamanda, idxalın 40 faizini Rusiya qazı təşkil edir. Azərbaycan, Türkiyə və Qətərə tədarüklərinə görə minnətdarıq", - o deyib.
Matray həmçinin Macarıstanın qonşularının qazın nəqli üçün tranzit tariflərini qaldırmasından təəssüfləndiyini bildirib, lakin qeyd edib ki, Macarıstan qaz mənbələrinin şaxələndirilməsi məsələsini həll etməyə çalışır.
Qeyd edək ki, "MVM Group" "Cənub Qaz Dəhlizi" QSC ilə "Şahdəniz" qaz-kondensat yatağlnda Hasilatın Pay Bölgüsü haqqında Sazişdə 5 faiz, "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən təbii qazın Aİ-yə nəqli üçün boru kəməri sistemində Azərbaycan Qaz Təchizatı Şirkətinin (AGSC) səhmlərinin 4 faizinin satın alınmasına dair müqavilə imzalayıb.