Son dəqiqə

Şahdəniz Macarıstan Bakı Enerji Forumu MVM Group

Macarıstanın Azərbaycanla enerji sazişləri MVM Group-un strategiyasının mühüm elementidir - Karoli Tamas Matray

Bakı. TurkicWorld :

Macarıstanın Azərbaycanla enerji sazişləri "MVM Group"un strategiyasının mühüm elementidir.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün "MVM Group"un rəhbəri Karoli Tamas Matray 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.

O, şirkətin "SOCAR Trading" ilə 100 milyon kubmetr qaz tədarükü ilə bağlı müqaviləsinin olduğunu və 2024-cü ildə 50 milyon kubmetrin artıq Macarıstanın qaz sisteminə daxil olduğunu qeyd edib.

Dünən "MVM Group" Azərbaycanın "Şahdənizdə" payının 5 faizinin satın alınması haqqında müqavilə imzalayıb.

"Hazırda biz əsasən Rusiya qazından asılıyıq, lakin qaz mənbələrini şaxələndirməyə çalışırıq. Bu baxımdan Azərbaycanla əməkdaşlıq vacibdir", - deyə Matray vurğulayıb.

O həmçinin Macarıstan və Azərbaycan arasında dostluq əlaqələrinin qurulduğunu və ölkələrin enerji sahəsində əməkdaşlıq etdiyini qeyd edib.

"Macarıstanda ev təsərrüfatları və digər istehlakçılar qazdan aktiv şəkildə istifadə edirlər və biz Azərbaycanın simasında mühüm tərəfdaş görürük", - deyə o əlavə edib.

Qeyd edək ki, Macarıstanın illik tələbatı 10 milyard kubmetr qaz təşkil edir ki, bunun da təqribən 90 faizi idxal olunur.

Mövzuya görə xəbərlər