Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Bakı. TurkicWorld:

Azərbaycanda cari ilin yanvar-avqust aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub.

TurkicWorld İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, səkkiz ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (315 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (83,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.