Son dəqiqə

Özəl Türkiyədə tender

Kayseri təhsil şöbəsi tender elan edib

Bakı. TurkicWorld:

Kayseri təhsil şöbəsi lisey və yataqxana təmiri işləri üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Təmir işlərinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 90 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 22 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “Kayseri İl Milli Eğitim Müdürlüğü” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 352 330 11 25 - 352 320 95 03

Mövzuya görə xəbərlər