Son dəqiqə

Özəl Türkiyədə tender

Tatvan bələdiyyəsi bazar tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Tatvan bələdiyyəsi yerli məhsul bazarı tikintisi işi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bazarın tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 180 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 26 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “İhale ve Toplantı Odası” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 434 827 52 00 - 434 827 52 12

Mövzuya görə xəbərlər