Son dəqiqə

Türkiyə Özəl Türkiyə hava limanları Adana Beynəlxalq Hava Limanı

Mart ayında Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 900 mindən çox artıb

Bakı. TurkicWorld:

2023-cü ilin mart ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 9 faiz artaraq, 934 min 552 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 799 min 474 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 135 min 78 nəfər təşkil edib.

Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 10 min 101 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 7 min 824 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 6 faiz azalaraq, 2 min 277 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 10 min 858 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 15 faiz artaraq 9 min 188, beynəlxalq reyslər üzrə isə 28 faiz artaraq 1 min 670 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər