MÜSİAD Böyük Britaniya rəhbəri Azərbaycan səfiri Elin Süleymanovla görüşüb

MÜSİAD Böyük Britaniya rəhbəri Azərbaycan səfiri Elin Süleymanovla görüşüb

Bakı. TurkicWorld:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Böyük Britaniya rəhbəri Murat Bingöl, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Elin Süleymanovla görüşüb. Bu barədə TurkicWorld-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilib.

Məlumatda o da qeyd bildirilir ki, görüş zamanı Azərbaycan iş adamları ilə türk iş adamlarını İngiltərədə bir araya gətirəcək birgə layihələrin hazırlanması məsələsi müzakirə olunub.

Azərbaycanın neft ticarəti ilə yanaşı müxtəlif sektorlarda da müxtəliflik nümayiş etdirməli olduğunu deyən səfir, Elin Süleymanov bu istiqamətdə MÜSİAD ilə əməkdaşlığa dəyər verdiyini bildirib.

“Görüş zamanı MÜSİAD Böyük Britaniya rəhbəri M.Bingöl səfir E. Süleymanova MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirlinin salamlarını çatdırıb və KOBİA ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən İBF-nin 25-ci iclasının müsbət dinamikasınnü xüsisilə vurğulayıb.