Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin avtomobil məhsulları ixracı

İyun ayında Türkiyənin avtomobil məhsulları ixracı 12 faiz artıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyun ayında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 837 milyon 90 min dollar təşkil edib.

Bu barədə TurkicWorldTürkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 20 milyard 840 milyon 491 min dollara bərabər olub.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 42 milyard 381 milyon 286 min dollar dəyərində avtomobil məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər