Yanvar-oktyabr aylarında Türkiyə limanlarına 11 milyon tondan çox taxıl daşınıb (ÖZƏL)

Yanvar-oktyabr aylarında Türkiyə limanlarına 11 milyon tondan çox taxıl daşınıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 11 milyon 386 min 138 ton taxıl qəbul edib. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara taxıl qəbulu 348 min 424 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə taxıl daşınması 11 milyon 37 min 714 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-oktyabr ayında Türkiyə limanlarından transit yolu ilə 57 min 195 ton taxıl daşınıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.

2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.