BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-ci ilin yanvar-aprel ayında Türkiyədə BƏƏ kapitalı ilə 7 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 2 milyon 50 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 203 milyon 500 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (7) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi kapitalı 2 milyon 50 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel ayında Türkiyədə BƏƏ kapitalı ilə 2 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.




