Son dəqiqə

Türkiyə Çin nəqliyyat əməkdaşlığı Türkiyə Çin logistika razılaşmaları Türkiyə Ticarət və Sənaye Palatası

Çin şirkətlərinin Türkiyəyə sərmayəsi artıb, şirkət sayı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə Çin kapitalı ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 187 milyon 232 812 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 75 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-aprel ayında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (40) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 86 milyon 622 min 812 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel ayında Türkiyədə Çin kapitalı ilə 33 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

c

Mövzuya görə xəbərlər