BAKI,TurkicWorld, Fərid Mikayılov
Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən 43 ədəd yanğınsöndürmə avtomobilinin alınması ilə bağlı açıq tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində işlərə başlanılacaq və avtomobillərin mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 1 iyun 2026-ci il tarixinə qədər "Belediye Evleri Mahallesi 84298 Sokak 01360 Çukurova/Adana" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
