BAKI,TurkicWorld, Fərid Mikayılov
Giresun Səhiyyə İdarəsi tərəfindən cəmiyyət sağlamlığı bölmələri üçün tədris maketləri, planşet kompüterlər, tibbi və təsərrüfat avadanlıqları, eləcə də təmizlik vasitələrinin alınması üzrə açıq tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, alınacaq məhsullar Səhiyyə İdarəsi anbarlarına təhvil veriləcək və müqavilə imzalandıqdan sonra 30 gün ərzində tam işlək vəziyyətdə təqdim olunmalıdır.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 12 may 2026-ci il tarixinə qədər "Osmaniye Mahallesi Hastane Sokak No:8 Giresun Merkez/Giresun" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir





