Son dəqiqə

TOBB Türkiyədə Azərbaycan şirkətləri 2025 Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı Azərbaycan şirkətləri Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə Azərbaycan kapitalı Türkiyədə Azərbaycan şirkətləri 2026

Türkiyədə Azərbaycan şirkətlərinin qeydiyyatı və sərmayəsi artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 65 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 181 milyon 587 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 34 milyon 850 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin mart ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (43) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 145 milyon 100 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 28 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər