Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin kimyəvi maddə məhsulları ixracı

Türkiyənin İrana polad ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən İrana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 8 milyon 272 min 230 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında İrana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz azalaraq, 1 milyon 595 min 900 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 1 milyard 552 milyon 765 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 3 milyard 820 milyon 541 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 334 milyon 855 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər