nəqliyyat

Azərbaycanda avtomobillərin qeydiyyatı rəqəmsallaşdırılır

Bakı.TurkicWorld:

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması elektron qaydada həyata keçiriləcək.

TurkicWorld un məlumatına görə, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən icra ediləcək.

Belə ki, Daxili İşlər Nazirliyi 2026-cı ilin iyunun 1-dək xidmətin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməlidir.

Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2026-cı il iyulun 29-dək müəyyən edilmiş mərhələləri RİNN tövsiyyəsi nəzərə alınmaqla rəqəmsallaşdırmalıdır.

Xidmətin "mygov" platformasında istifadəyə verilməsi bu ilin noyabrın 30-dək həyata keçirilməlidir.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Mövzuya görə xəbərlər