Son dəqiqə

elektrik

Ötən gün ölkədə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bakı. TurkicWorld:

Bu ilin aprelin 6-da Azərbaycanda istehsal olunan elektrik enerjisinin 29 faizindən çoxu bərpa olunan enerji mənbələrinin payına düşüb.

TurkicWorld bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, aprelin 6-da ölkədə ümumilikdə 62,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.

Elektrik enerjisinin 12,4 milyon kilovat-saatı su elektrik stansiyalarında, 5,8 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,347 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib. Bu göstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 237,1 milyon kVt/saat və ya 5,2% azdır.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 4,212 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 216 milyon kVt/saat və ya 4,9% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon manat təşkil edib.

Mövzuya görə xəbərlər