Son dəqiqə

Azərbaycan Rusiya Dövlət Statistika Komitəsi elektrik

Rusiya Azərbaycandan elektrik enerjisi alışını artırıb

BAKI,TurkicWorld

Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 10,4 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

TurkicWorld-ün Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 558 min ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə həcm ifadəsində 1,2 milyon kVt/saat və ya 12,8%, dəyər ifadəsi ilə isə 204 min ABŞ dolları, yaxud 1,6 dəfə artıb.

Eyni zamanda, 2026-cı ilin yanvar ayında Rusiyadan Azərbaycana 307 min ABŞ dolları dəyərində, 7,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 98 min ABŞ dolları və ya 46,9% çox, həcm ifadəsində isə 101 min kVt/saat və ya 1,3% azdır.

2026-cı ilin yanvar ayında Azərbaycandan ümumilikdə iki ölkəyə - Rusiya və İran İslam respublikasına 640 min ABŞ dolları dəyərində 13,3 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 7,1 milyon ABŞ dolları və ya 12,1 dəfə, həcm baxımından isə 127,6 milyon kVt/saat və yaxud 10,6 dəfə azdır. İllik müqayisədə həcmin bu qədər azalması hesabat ayı ərzində Gürcüstana elektrik enerjisi ixracının qeydə alınmaması ilə bağlıdır. Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan Gürcüstana 7,3 milyon ABŞ dolları dəyərində 128,7 milyon kVt/saat elektrik enerjisi ixrac edilmişdi.

Bundan başqa, bu ilin yanvar ayında Azərbaycan iki ölkədən – Rusiya və Gürcüstandan 309 min ABŞ dolları dəyərində 7,8 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə dəyər baxımından 19 min ABŞ dolları və ya 6,5% çox, həcm ifadəsində isə 2,9 milyon kVt/saat və ya 27,1% azdır.

Mövzuya görə xəbərlər