Son dəqiqə

Türkiyə İxracatçılar Məclisi Türkiyə ixracat statistikası Türkiyə ixrac və idxal göstəriciləri Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyənin kimyəvi maddə məhsulları ixracı

Türkiyənin kimyəvi maddə məhsulları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin mart ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 2 milyard 961 milyon 823 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard 623 milyon 294 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 31 milyard 760 milyon 441 min dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər