Son dəqiqə

İqtisadiyyat Nazirliyi IDEA İctimai Birliyi Yer saatı kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu

İqtisadiyyat Nazirliyi Yer saatı kampaniyasına qoşulur

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İqtisadiyyat Nazirliyi IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə təşəbbüsü ilə martın 28-də beynəlxalq “Yer saatı” kampaniyasına qoşulacaq.

TurkicWorld, İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, kampaniya çərçivəsində Nazirliyin inzibati binasında fasad işıqları yerli vaxtla saat 20:30-dan 21:30-dək söndürüləcək.

“Yer saatı” hər il dünyanın müxtəlif ölkələrində milyonlarla insan və minlərlə təşkilat tərəfindən dəstəklənən qlobal ekoloji aksiyadır. Kampaniya çərçivəsində bir saatlıq işıqların söndürülməsi vasitəsilə planetimizin qorunmasına çağırış edilir.

Mövzuya görə xəbərlər