BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi məqsədilə Bakı Fond Birjasında hərrac təşkil olunacaq.
TurkicWorld xəbər verir ki, 28 və 29 yanvar 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin qəbulu saat 11:00-dan 11:30-dək həyata keçiriləcək.
Məlumata görə, hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Bununla yanaşı, notların sonrakı mərhələdə alqı-satqısı, girov, REPO və digər əməliyyatları üzrə tərəf qismində istənilən şəxs çıxış edə biləcək.
Qaydalar çərçivəsində hər bir bank hərrac zamanı yalnız bir rəqabətli sifariş təqdim edə bilər. Təqdim edilən sifarişin həcmi isə hərraca çıxarılan nominal məbləğlə məhdudlaşır. Hərracda iştirakçıların sayına dair ayrıca tələb müəyyən olunmayıb.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
|
Notun müddəti (gün) |
İSİN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun ödəniş tarixi |
|
28 |
AZ2586024708 |
28.01.2026 |
10.000.000 |
100.000 |
100 |
25.02.2026 |
|
84 |
AZ2587024707 |
29.01.2026 |
10.000.000 |
100.000 |
100 |
23.04.2026 |
|
168 |
AZ2585024709 |
28.01.2026 |
2.500.000 |
100.000 |
25 |
15.07.2026 |
|
252 |
AZ2584024700 |
29.01.2026 |
2.500.000 |
100.000 |
25 |
08.10.2026 |