Son dəqiqə

əmlak bazarı İraq Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-oktyabr aylarında İraq vətəndaşları Türkiyədə min 55 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 44 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin oktyabr ayında İraq vətəndaşları Türkiyədə 126 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 2 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyədə 164 min 306 mənzil satın alınıb ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz azdır.

Məlumata görə, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyədə 1 milyon 293 min 33 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin oktyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 106 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azdır.

Eyni ilin yanvar- oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 17 min 50 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azdır.

Mövzuya görə xəbərlər