Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat

Türkiyədən Qazaxıstana avtomobil ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 75 milyon 730 min 43 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz azalaraq, 8 milyon 20 min 62 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 3 milyard 660 milyon 742 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 40 milyard 496 milyon 651 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər